Cüdoçularımız Dünya çempionatının komanda yarışlarında finala çıxdı
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatının komanda yarışlarında Azərbaycan komandası finala vəsiqə qazanıb.
Cüdoçularımız ilk qarşılaşmalarında Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə, 1/4 finalda Kanada yığmasını 4:2 hesabı ilə, yarımfinalda isə Ukranya millisini 4:3 hesabı ilə məğlub edib. Yeniyetmələrdən ibarət yığmamız finalda Fransa millisi ilə mübarizə aparacaq.
İdmançılarımıza uğurlar arzulayırıq!