Cüdoçularımız Dünya çempionatının komanda yarışlarında iştirak edəcək
28 avqust tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatında komanda yarışları başlayır. Yığmamız ilk qarşılaşmasında Bosniya və Herseqovinanın idmançıları ilə mübarizə aparacaq.
Komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunur. Qızlar arasında -48 kq. çəkidə Aydan Vəliyeva, -63 kq. çəkidə Fidan Əlizadə və +63 kq. çəkidə Nigar Süleymanova mübarizə aparacaq. Oğlanların mübarizəsində isə -60 kq. çəkidə Nizami İmranov və Şahin Oruczadə, -81 kq. çəkidə Camal Bağışov və Əli Hacızadə, +81 kq. çəkidə isə Ramazan Əhmədov güclərini sınayacaq.
İdmançılarımıza uğurlar arzulayırıq!