Cüdoçularımız Dünya çempionatının üçüncü günündə 1 qızıl və 1 bürünc medal qazandı
30 avqustda Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatının üçüncü günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıblar.
Oğlanlar arasında -73 kq çəki dərəcəsində çıxış edən Cəsur İbadlı bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda İbadlının ilk həmləsi Tsuri-goshi olub və bu hücumla waza-ari xalı qazanıb. İbadli hücumlarını davam etdirib, böyük ko-soto-gake texnikası ilə ikinci xalını əldə edib və nəticədə qızıl medalın sahibi olub.
-81 kq çəki dərəcəsində mübarizə aparan Mehdi Abbasov isə bürünc medal uğrunda Belçikadan olan Kenzo Cremerlə qarşılaşıb. Abbasov ne-waza bacarığı ilə üstünlük qazanaraq, görüşün üçüncü dəqiqəsində Cremersi ipponla məğlub edib və bürünc medal qazanıb.