Cüdoçularımız Dyör Avropa Kubokunun ilk günündə 1 qızıl medal qazandı
Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə cüdoçularımız 1 qızıl medal qazanıb.
Oğlanlar arasında -55 kq. çəki dərəcəsində Bayram Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. -66 kq. çəkidə Yusif Abbasov isə yarışı 5-ci yerdə tamamlayıb.