ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak edir

Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak edir

1 fevraldan etibarən Göygöl Olimpiya İdman Kompleksində qadınlardan ibarət yığma komandanın təlim-məşq toplanışı keçirilir. Qadınlardan ibarət yığma komandanın 24 üzvünün iştirak etdiyi təlim-məşq toplanışı 17 fevrala qədər davam edəcək.

Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.

İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.