ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız III Avropa Oyunlarında iştirak edəcək

Cüdoçularımız III Avropa Oyunlarında iştirak edəcək

1 iyulda Polşanın Krakov şəhərində III Avropa Oyunlarının cüdo üzrə qarışıq komanda yarışları keçiriləcək.

Yarışda Avropanın 22 ölkəsindən olan 200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 6 kişi və 5 qadın idmançı ilə təmsil olunacaq.

Komanda yarışlarında kişilərdə -73 kq. çəkidə Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev, -90 kq. çəkidə  Elcan Hacıyev və Vüqar Talıbov, +90 kq. çəkidə Camal Qamzatxanov və İmran Yusifov, qadınlarda -57 kq. Fidan Əlizadə, -70 kq. Südabə Ağayeva və Günel Həsənli, +70 kq. Nərmin Əmirli və Nigar Süleymanova güclərini sınayacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçi Mehman Əzizov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Yarışın ilkin görüşləri saat 12:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

İdmançılarımıza uğurlar arzulayırıq!