Cüdoçularımız İslam Həmrəyliyi Oyunlarında komanda hesabında üçüncü yeri tutdu
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının cüdo idman növü üzrə fərdi yarışlar başa çatıb. 15-16 avqust tarixlərində keçirilən yarışda idmançılarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Yarışın birinci günündə qızlar arasında -48 kq. çəkidə mübarizə aparan cüdoçumuz Könül Əliyeva gümüş medal, oğlanlar arasında -60 kq. çəkidə yarışan cüdoçumuz Balabəy Ağayev qızıl medal, -73 kq. çəkidə yarışan cüdoçularımız Nəriman Mirzəyev gümüş, Telman Vəliyev isə bürünc medal qazanıb.
Oyunların ikinci günü -100 kq. çəkidə yarışan cüdoçumuz Elmar Qasımov finalda özbəkistanlı idmançı Muzaffarbek Turoboyev ilə qarşılaşıb və yarışı gümüş medalla başa vurub.
Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 5 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında üçüncü yerdə qərarlaşıb.
İdmançılarımızı təbrik edirik!