Cüdocularımız İslam Həmrəyliyi Oyunlarında komanda yarışlarında finala çıxdı
17 avqust tarixində Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının cüdo idman növü üzrə komanda yarışları keçirilir.
Böyüklərdən ibarət milli yığma komandamızın idmançıları ilk görüşlərində Bəhreyn yığmasına qalib gəliblər. Yarımfinal görüşündə cüdoçularımız Tacikistan yığmasını məğlub edərək finala vəsiqə qazanıblar. Kişilərin mübarizəsində komandamız finalda Türkiyə millisinin cüdoçuları ilə güclərini sınayacaq.
Qadınların mübarizəsində millimiz təsəlliverici görüşdə Seneqal yığması üzərində üstünlük əldə edərək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qadın cüdoçularımız üçüncü yer uğrunda Qırğızıstan yığması ilə mübarizə aparacaq.
Oyunları canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz. Yarışın final görüşləri Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
İdmançılarımıza uğurlar arzulayırıq!