Cüdoçularımız İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək
10-11 sentyabr tarixlərində İtaliyanın Riççione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri keçiriləcək. Yarışa 36 ölkədən 406 idmançı qatılacaq. Azərbaycan turnirdə 13 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.
Cüdoçularımıza performans direktor Mark van der Ham, böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev rəhbərlik edəcək.
Yarışdan sonra, idmançılarımız 12-17 sentyabr tarixlərində Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
-60 kq.
Rövşən Əliyev
Nazir Talıbov
-66 kq.
Orxan Səfərov
Yaşar Nəcəfov
Kəramət Hüseynov
-81 kq.
Səid Mollayi
Zelim Tckayev
Rüstəm Orucov
-90 kq.
Murad Fətiyev
-100 kq.
Zelim Kotsoyev
Məmmədəli Mehdiyev
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov
İdmançılarımıza uğurlar arzulayırıq!