Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcək
8–9 noyabrda Fransanın paytaxtı Parisdə kata üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan yarışda 4 cüdoçu ilə təmsil olunacaq. İdmançılarımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər.
Turnirdə 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq.
Nage-no-kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
Katame-no-kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke