Cüdoçularımız Koimbra Avropa Kubokunda 5 medal qazandı
25-26 mayda Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 gümüş və 2 bürünc medal əldə edib.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 6-cı, oğlanlar arasında 4-cü yeri, qızlar arasında isə 7-ci yeri tutub. Cüdoçularımız yarışın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.
Turnirin ikinci günü qızlar arasında -57 kq. çəkidə Aytən Verdiyeva bürünc medal, oğlanların yarışında -90 kq. çəkidə Hüseyn Eyvazlı gümüş medal qazanıb.
İdmançılarımızı təbrik edirik!