ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Koimbra Avropa Kubokunun ilk günündə 3 medal qazandı

Cüdoçularımız Koimbra Avropa Kubokunun ilk günündə 3 medal qazandı

25 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilib. 

Azərbaycan cüdoçuları yarısın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.

Oğlanlar arasında

-60 kq. çəkidə Nihad Rəhimov gümüş medal qazanıb, Özqan Quliyev 7-ci yerə çıxıb.

-66 kq. çəkidə Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.

Qızlar arasında

-52 kq. çəkidə Aysun Məmmədova 5-ci yerə çıxıb.

İdmançılarımızı təbrik edirik!