Cüdoçularımız Malaqa Avropa Kuboku turnirinin ilk günü 1 qızıl və 1 bürünc medal əldə edib
İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku tunirinin ilk yarış günündə cüdoçularımız 1 qızıl və 1 bürünc medal qazanıb.
-60 kq. çəkidə Nizami İmranov yarışı 5-ci yerdə başa vurub. -66 kq. çəkidə Aydın Rzayev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçularımız Nicat Nağıyev 7-ci, Samir Piriyev 5-ci yerə çıxıb. -73 kq. çəkidə Süleyman Əliyev yarışı 3-cü yerdə başa vurub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Vüsal Qələndərzadə 5-ci yerlə kifayətlənib.
İdmançılarımızı təbrik edirik!