ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Malaqa Avropa Kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı

Cüdoçularımız Malaqa Avropa Kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı

18-19 mayda İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.

Azərbaycan yığma komandası medal əyarına görə ümumi hesabda 3-cü yeri, oğlanlar arasında isə 2-ci yeri tutub.

-81 kq. çəki dərəcəsinin final görüşündə iki Azərbaycan cüdoçusu Süleyman Şükürov və Əli Hacızadə üz-üzə gəlib. Nəticədə Süleyman Şükürov qızıl, Əli Hacızadə isə gümüş medalları bölüşdürüblər.

-90 kq. çəkidə Tuncay Şamil bürünc,

+100 kq. çəkidə Kənan Nəsibov qızıl medal qazanıblar.

-100 kq. çəkidə Əjdər Bağırov isə yarışı 5-ci yerdə tamamlayıb.

İdmançılarımızı təbrik edirik!