Cüdoçularımız “Masters” turnirində iştirak edəcək
4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt “Masters” turniri keçiriləcək. Dünyanın 59 ölkəsindən 421 cüdoçu medallar və reytinq xalları uğrunda mübarizə aparacaq. Azərbaycan yığma komandası yarışda 8 çəki dərəcəsində 11 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.
3 avqustda turnirin püşkatma mərasimi baş tutacaq. Püşkatma mərasimini canlı olaraq judotv.com saytından izləyə bilərsiniz.
Qadınlar
-52 kq.
Gültac Məmmədəliyeva
Kişilər
-60 kq.
Balabəy Ağayev
Turan Bayramov
-66 kq.
Yaşar Nəcəfov
Kamran Süleymanov
-73 kq.
Hidayət Heydərov
-81 kq.
Səid Mollayi
Zelim Tçkayev
-90 kq.
Murad Fətiyev
-100 kq.
Zelim Kotsoyev
+100 kq.
Camal Qamzatxanov
Uşanqi Kokauri
İdmançılarımıza uğurlar arzulayırıq!