ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız “Masters” turnirində iştirak edəcək

Cüdoçularımız “Masters” turnirində iştirak edəcək

20-22 dekabrda İsraildə “Masters” turniri keçiriləcək. Dünyanın 58 ölkəsindən 367 cüdoçu medallar və reytinq xalları uğrunda mübarizə aparacaq. Azərbaycan yığma komandası yarışda 13 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.

Bu gün Bakı saatı ilə saat 16:00-da turnirin püşkatma mərasimi baş tutacaq. Püşkatma mərasimini canlı olaraq live.ijf.org saytından izləyə bilərsiniz.


Qadınlar:


-48 kq. 

Leyla Əliyeva


Kişilər:


-60 kq. 

Balabəy Ağayev

Kəramət Hüseynov 

Turan Bayramov 


-66 kq. 

Orxan Səfərov 

Yaşar Nəcəfov 


-81 kq. 

Səid Mollayi 

Elcan Hacıyev 

Zelim Tçkayev 


-90 kq. 

Məmmədəli Mehdiyev


-100 kq. 

Zelim Kotsoyev 

Elmar Qasımov 


+100 kq. 

Uşanqi Kokauri


Cüdoçularımıza uğurlar arzulayırıq!