Cüdoçularımız Özbəkistanda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Azərbaycan cüdoçuları avqustun 28-dən sentyabrın 7-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesində Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırxızıstan, Türkiyə, Finlandiya, Yunanistan, Moldova, Küveyt, Tanzaniya və İsraildən 400-ə yaxın idmançı qatılıb.
Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 27 üzvü iştirak edir.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç rəhbərlik edir.
Hazırlıq prosesi 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə tunirinə və Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.