Cüdoçularımız Pert Açıq Okeaniya turnirinin ilk günündə 1 bürünc medal qazandı
10 noyabrda Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə Açıq Okeaniya turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 bürünc medal qazanıb.
Yarışın ilk günündə qadınlar və kişilər arasında 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında -52 kq. çəki dərəcəsində Aydan Vəliyeva yarışın bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Gültac Məmmədəliyeva 5-ci yerə çıxıb. -57 kq. çəkidə Fidan Əlizadə yarışı 7-ci yerdə tamamlayıb.
Kişilər arasında -73 kq. çəkidə Nurlan Osmanov 7-ci yerdə qərarlaşıb.