Cüdoçularımız Podçetrtek Avropa Kubokunda birinci yeri tutdu
Azərbaycan cüdoçuları 15-16 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıb.
Cüdoçularımız iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.
Yarışın ikinci günü kişilər arasında 4 çəki dərəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-81 kq. çəkidə
Məhərrəm İmamverdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
+100 kq. çəkidə
İmran Yusifov qızıl, Camal Feyziyev bürünc medal qazanıb.
-100 kq. çəkidə
Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.
İdmançılarımızı təbrik edirik!