Cüdoçularımız Poznanda keçiriləcək gənclər arası Avropa Kubokunda iştirak edəcəklər
23-24 aprel 2022-ci il tarixlərində Polşanın şəhəri Poznanda keçiriləcək Avropa Kubokunda 17 ölkədən 287 idmançı iştirak edərək medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.
Azərbaycanı turnirdə gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Elxan Məmmədovun rəhbərlik etdiyi komanda təmsil edəcək.
Komandanın üzvlərini sizə təqdim edirik:
-60 kq.
Nicat Şirinov
Murad Əliyev
-66 kq.
Eltac Yusifli
Xudabaxış Əliyev
Vaqif Tarverdiyev
-73 kq.
Qədir Hüseynov
Çingiz Fəttahov
Vüsal Qələndarzadə
Nahid İsmayılov
-81 kq.
Məhərrəm İmamverdiyev
Ömər Rəcəbli
Murad Əlizadə
-90 kq.
Əjdər Bağırov
Vüqar Talıbov
-100 kq.
Rəsul Aydəmirov
Atabala Niftəliyev
+100 kq.
Səid Orucov
Gənc qızlardan ibarət milli yığma komandaya isə məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək. Komandanın üzvləri:
-48 kq.
Könül Əliyeva
-52 kq.
Zeynəb Məmmədova
-57 kq.
Lətifə Abbasova
Səbinə Əliyeva
-63 kq.
Aytac Qardaşxanlı
Yarışın püşkatma mərasimini və döyüşləri canlı olaraq ippon.org saytından izləyə bilərsiniz.
Cüdoçularımıza uğurlar arzu edirik!