ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Poznanda keçirilən Avropa Kubokunda 5 medal qazandı

23-24 aprel 2022-ci il tarixlərində Polşanın Poznan şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda Azərbaycanın gənclərdən ibarət milli yığma komandasının 22 üzvü iştirak edib.

Ümumilikdə idmançılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 5 medal qazanıblar. 

Yarışın ilk günü -63 kq. çəki dərəcəsində yarışan idmançımız Aytac Qardaşxanlı final görüşündə polşalı rəqibi Aqata Palkaya qalib gələrək qızıl medal əldə edib.

-73 kq. çəkidə yarışan cüdoçumuz Qədir Hüseynov ukraynalı rəqibi Vladislav Kazimirova qalib gələrək bürünc medal qazanıb.

Turnirin ikinci günü -90 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüqar Talıbov final görüşündə İsrail təmsilçisi Roy Sivana qalib gələrək qızıl medala yiyələnib.

-48 kq. çəkidə yarışan idmançımız Könül Əliyeva isə final görüşündə fransalı idmançı Paulin Kub ilə qarşılaşıb. Nəticədə idmançımız turniri gümüş medalla başa vurub.

Turnirin son görüşlərində isə -57 kq. çəkidə yarışan cüdoçumuz Səbinə Əliyeva isə kürsüdə gümüş medalla təltif edildi. 

Bununla da, komandamız yarışı ümumi sıralamada ikinci, qızlar arasında isə birinci yerdə tamamlayıb.

İdmançılarımızı təbrik edirik!