Cüdoçularımız Qazaxıstanda təlim-məşq toplanışında iştirak edib
Azərbaycan cüdoçuları 9-10 oktyabrda Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə beynəlxalq təlim-məşq toplanışında iştirak edib. Qazaxıstan yığma komandası ilə birlikdə keçirilən hazırlıq prosesinə 100-ə yaxın idmançı qatılıb.
Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 9 üzvü iştirak edib.
Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov və böyük performans analitik Zaur Babayevin rəhbərlik edib.
Hazırlıq prosesi 17-19 noyabrda keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır