ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız “Qələbə qaçışı” adlı xeyriyyə tədbirində iştirak edib

Cüdoçularımız “Qələbə qaçışı” adlı xeyriyyə tədbirində iştirak edib

Gənclər və İdman Nazirliyi noyabrın 12-də Bakıda üçüncü “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirib. Tədbirdə Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandasının idmançıları və məşqçi heyəti iştirak ediblər.

“Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunub.

Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və qazilərimizə, onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək idi.