Cüdoçularımız Qoridə təlim-məşq toplanışında iştirak edirlər
Yeniyetmələrdən ibarət milli yığma komandamızın 12 üzvü Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışına qatılıb. Gürcüstanın yeniyetmələrdən ibarət komandası ilə yanaşı Qazaxıstan və Kiprdən olan idmançılarla birgə baş tutan hazırlıq prosesi 8 avqustda başlayıb və 13 avqusta qədər davam edəcək.
Yeniyetmə cüdoçularımıza baş məşqçi Rüstəm Alimli və məşqçi Emin İskəndərov rəhbərlik edir.
Təlim-məşq prosesi 24-28 avqust tarixlərində Sarayevoda təşkil olunacaq yeniyetmələr arasında Dünya çempionatına hazırlıq məqsədi daşıyır.