ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Qran Pri turnirini 3 medalla başa vurdu

Cüdoçularımız Qran Pri turnirini 3 medalla başa vurdu
Cüdoçularımız Qran Pri turnirini 3 medalla başa vurdu
Cüdoçularımız Qran Pri turnirini 3 medalla başa vurdu

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran Pri turnirinə yekun vurulub.

Yarışın sonuncu günü +100 kq. çəkidə yarışan idmançımız Uşanqi Kokauri təsəlliverici görüşdə braziliyalı idmançı Rafael Silvaya qalib gəlib. Bunun ardınca üçüncü yer uğrunda mübarizədə gürcüstanlı cüdoçu Qela Zalişvili ilə qarşılaşmalı olan Uşanqi rəqibinin xəbərdarlıq alaraq yarışdan kənarlaşdırılması səbəbindən birbaşa bürünc medalla mükafatlandırılıb.

Xatırladaq ki, bundan əvvəl -66 kq. çəkidə yarışan cüdoçumuz Yaşar Nəcəfov qızıl medal, -81 kq. çəkidə yarışan cüdoçumuz Səid Mollayi isə gümüş medal əldə edib.

Turnirin ümumi nəticəsinə görə, cüdo üzrə Azərbaycan milli yığma komandası kişilər arasında üçüncü yerdə qərarlaşıb.

İdmançılarımızı təbrik edirik!