Cüdoçularımız Riqada Avropa Kuboku turnirində iştirak edəcək
22-23 oktyabrda Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək. Yarışa 15 ölkədən 193 idmançı qatılacaq. Azərbaycan turnirdə 3 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Olimpiya dərəcəli hakim Fariz Hüseynov yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
-66 kq.
Mehdi Cəfərov
-73 kq.
Şamil Sadıqov
-90 kq.
Tamerlan Cabbarov
İdmançılarımıza uğurlar arzulayırıq!