ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Sarayevoda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər

7-8 may 2022-ci il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. Turnirdə dünyanın 27 ölkəsindən 252 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar. 2 gün davam edəcək yarışda Azərbaycan millisi qadınların mübarizəsində 6 idmançı ilə qüvvəsini sınayacaq.
Ölkəmizin turnirdə təmsil olunacağı komandaya məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək.
Komandanın üzvləri:
 
-63 kq.
Aytac Qardaşxanlı
Nərgiz Hacıyeva Diana Şoranova
 
-70 kq.
Südabə Ağayeva Günel Həsənli
 
-78 kq.
Aytəkin Paşazadə
İdmançılarımıza uğurlar arzulayırıq!