ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Sloveniyada təşkil olunan Kodokan Kata seminarında iştirak ediblər

Cüdoçularımız Sloveniyada təşkil olunan Kodokan Kata seminarında iştirak ediblər

14-15 iyunda ilk dəfə Avropa Kata çempionatına qatılan cüdoçular Malik Alahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov, Əmrah Əhmədov Kadokan Kata seminarına qatılıblar.

Kadokan Kata seminarı yaponiyalı Kadokan mütəxəssisləri Uemura Haruki (9-cu dan), Karya Çikara (6-cı dan), Dobya Yoşihiisa(8-ci dan) və Arikava Yuki (6-cı dan) tərəfindən keçirilib. Cüdoçularımız təlim zamanı əyani sürətdə imtahan verərək qurumun prezidenti Uemura Haruki tərəfindən sertifikat ilə təltif olunublar. 

Kadokan Kata seminarı bacarıqların təkmilləşdirlməsi, kata-nın dərindən öyrənmək üçün unikal imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan sonra da cüdoçuların ustalıq səviyyəsini artırmaq üçün  Avropa Kata çempionatında və Kadokan Kata seminarında cüdoçuların iştirakını dəstəkləyəcəkdir.