Cüdoçularımız Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər
37 ölkədən 284 idmançının qatılacağı növbəti mötəbər yarışa Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqviminə görə Gürcüstan ev sahibliyi edəcək.
3-5 iyun 2022-ci tarixlərində cüdoçularımız Tbilisi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində medallar uğrunda mübarizə aparacaqlar.
Ölkəmizi təmsil edəcək böyük məşqçi Mövlud Mirəliyevin rəhbərliyi altında böyüklərdən ibarət yığma komandanın üzvlərini sizə təqdim edirik:
-60 kq.
Rövşən Əliyev
Turan Bayramov
-66 kq.
İbrahim Əliyev
İsmayıl İbrahimov
-73 kq.
Telman Vəliyev
-81 kq.
Elcan Hacıyev
Zelim Tckayev
-90 kq.
Murad Fətiyev
Qadınlardan ibarət milli yığma komanda isə yarışa məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə qatılacaq. Komandanın üzvləri:
-48 kq.
Aişə Qurbanlı
Şəfəq Həmidova
İdmançılarımıza uğurlar arzulayırıq!