Cüdoçularımız Türk Dovlatlari Universiadasının ilk günündə 5 medal əldə edib
Azərbaycan cüdoçuları Qazaxıstanda keçirilən ll Türk Dövlətləri Universiadasının cüdo yarışlarının ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Qızlar arasında -48 kq. çəkidə Ramilə Əliyeva qızıl medal, -57 kq. çəkidə Nuray Quliyeva və Nərgiz Hacıyeva bürünc medala sahib olublar.
Oğlanlar arasında -66 kq. çəkidə Elcan Yusifli gümüş medal, -81 kq. çəkidə Elcan Şəfiyev bürünc medal əldə ediblər.
İdmançılarımızı təbrik edirik!