Cüdoçularımız U-23 Avropa çempionatında iştirak edəcək
15-17 noyabrda Polşanın Pila şəhərində 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Çempionatda Azərbaycan qadınlar və kişilər arasında 11 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.
İdmançılar 15-16 noyabrda çempionatın fərdi yarışlarında, 17 oktyabrda isə komanda yarışlarında iştirak edəcək.
Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qadınlar
-48 kq.
Fəridə Mirzəyeva
-52 kq.
Xədicə Qadaşova
Aydan Vəliyeva
-57 kq.
Fidan Əlizadə
-63 kq.
Aytac Qardaşxanlı
-78 kq.
Nərmin Əmirli
Kişilər
-60 kq.
Hüseyn Allahyarov
Murad Muradlı
-73 kq.
Rüfət Şövlətov
Əbil Yusubov
-81 kq.
Məhərrəm İmamverdiyev
Ömər Rəcəbli
-90 kq.
Aslan Kotsoyev
-100 kq.
Əjdər Bağırov
+100 kq.
Kənan Nəsibov
İdmançılarımıza uğurlar arzulayırıq!