ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız U-23 Avropa çempionatında iştirak edəcək

Cüdoçularımız U-23 Avropa çempionatında iştirak edəcək

28-30 oktyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatı keçiriləcək. 40 ölkədən 302 idmançının qatılacağı çempionatda Azərbaycan 14 idmançı ilə təmsil olunacaq.


Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.


İdmançılarımız 28-29 oktyabrda çempionatın fərdi yarışlarında, 30 oktyabrda isə komanda yarışlarında iştirak edəcək.


Qeyd edək ki, ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.


Kişilər


-60 kq. 

Nazir Talıbov

Kənan İsmayılov


-66 kq. 

Ruslan Paşayev


-73 kq. 

Rəşid Məmmədəliyev

Nəriman Mirzəyev 


-81 kq. 

Məhərrəm İmamverdiyev 


-90 kq. 

İsmayıl Zamanov 


-100 kq. 

Ruslan Nəsirli


Qadınlar


-48 kq. 

Rəmilə Əliyeva

Könül Əliyeva 


-52 kq. 

Aydan Vəliyeva 


-63 kq. 

Aytac Qardaşxanlı 


-70 kq. 

Sudabə Ağayeva 


-78 kq. 

Nərmin Əmirli


Cüdoçularımıza uğurlar arzu edirik!