Cüdoçularımız Ulan-Bator Böyük Dəbilqə turnirində iştirak edəcək
23-25 iyunda Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Böyük Dəbilqə turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı iştirak edəcək. Azərbaycan milli yığma komandası yarışda 8 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımız mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayev rəhbərliyi altında çıxış edəcək.
İdmançılarımız 26 iyun – 1 iyul tarixlərində Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, yarışda iştirak etməli olan cüdoçularımız -52 kq. çəkidə Gültac Məmmədəliyeva, -60 kq. çəkidə Balabəy Ağayev və Turan Bayramov, -73 kq. çəkidə Hidayət Heydərov, -81 kq. çəkidə Səid Mollayi zədəli olduqlarına görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən milli yığmanın heyətindən çıxarılıblar.
Onların zədələri uzun müddətli deyil, müalicələrinə dərhal başlanılıb. İdmançılarımız iyul ayının əvvəlindən etibarən məşqlərə geri dönəcəklər və 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirində iştirak edəcəklər.
Qadınlar
-48 kq.
Leyla Əliyeva
Könül Əliyeva
-52 kq.
Aydan Vəliyeva
Oğlanlar
-66 kq.
Kəramət Hüseynov
Yaşar Nəcəfov
-73 kq.
İbrahim Əliyev
Nurlan Osmanov
-81 kq.
Zelim Tçkayev
-90 kq.
Murad Fətiyev
Elcan Hacıyev
-100 kq.
Zelim Kotsoyev
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov