Cüdoçularımız “Xəzəri Qoruyaq!” adlı geniş ekoloji hərəkatda iştirak edib
Sentyabrın 16-da Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyada Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandasının idmançıları və məşqçi heyəti iştirak ediblər.
Bilgəh çimərliyində baş tutan tədbir ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşmağı təbliğ etmək məqsədi daşıyır.
Layihə Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell”, “SOCAR” və “McDonald's” şirkətlərinin dəstəyi ilə baş tutub.