ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımıza "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi" yubiley medalları təqdim olunub

Cüdoçularımıza "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi" yubiley medalları təqdim olunub

4 dekabrda Azərbaycan çempionatında 24-30 iyul tarixlərində Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında uğurla çıxış etmiş cüdoçularımız Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı cənab Mədət Quliyevin müvafıq əmri ilə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalları ilə təltif olunublar.

Medalları Müdafiə Sənayesi nazirinin adından nazirin müşaviri Arif Babayev təqdim edib.

Xatırladaq ki, idmançılarımız EYOF 2022-də fərdi yarışlarda cüdo üzrə 1 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olub. Cüdoçularımız komanda yarışlarında isə bütün komandaları üstələyərək festivalın qızl medalını qazanıblar.