Cüdoçumuz Dünya çempionatında finala çıxdı
Yeniyetmələr arasında Dünya çempionatında -55 kq. çəkidə yarışan cüdoçumuz Şahin Oruczadə finala çıxıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Saba Sabaşviliyə qalib gəlib. Finalda Şahinin rəqibi fransalı idmançı Dicol Zaçariye olacaq.
-50 kq. çəki dərəcəsində yarışan idmançımız Məhəmməd Məmişov çempionatın bürünc medalı uğrunda yarışacaq. Məhəmmədin rəqibi amerikalı idmançı David Leyva olacaq.
İdmançılarımıza uğurlar arzulayırıq!