Cüduçularımız Dyör Avropa Kubokunun ilk yarış günü 2 gümüş medal qazandı
Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə cüdoçularımız 2 gümüş medal əldə edib.
Turnirin ilk günündə oğlanlar arasında -50 kq., -55 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 21 cüdoçumuz tatamiyə çıxıb. -50 kq. çəkidə Emil Səfərov və -66 kq. çəkidə Kənan Sadıqov gümüş medal qazanıblar.
İdmançılarımızı təbrik edirik!