Dan dərəcələri üzrə seminar və imtahan keçirilib
Aprelin 27-dən 30-dək Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Dan dərəcələrinin verilməsi ilə bağlı seminar və imtahan təşkil edilib.
Seminar Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik tərəfindən aparılıb.
Seminarda 40 cüdo məşqçisi iştirak edib. Seminarın əsas məqsədi Dan sisteminə uyğun olaraq cüdo üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etmək olub. Həmçinin, Dan dərəcələri üzrə seminarın və imtahanın keçirilməsi məşqçilərin motivasiyasına müsbət təsir göstərəcək, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
ACF bundan sonrada davamlı öyrənmə üçün platforma təmin edərək, məşqçilərinin bacarıq və təcrübələrini artırmaq üçün Dan dərəcələri üzrə seminar və imtahan təşkil edəcək.