Dan dərəcələri üzrə təltifetmə mərasimi baş tutub
Dan dərəcələri üzrə təltifetmə mərasimi keçirilib. Tədbir cüdo üzrə U-20 gənclər arasında ölkə birinciliyinin ilk günündə baş tutub.
Ramin İbrahimov, Vüqar Budaqov və Babək Hacıyevə V dan dərəcəsi təqdim edilib. Rövşən Səfərov IV, Vasif İbrahimov və Nurlan Osmanov II dan dərəcəsinə layiq görülüb. Raul Kazixanov, Jalə Məmmədova və Kamran Əliyevə I dan dərəcəsinə verilib.
Qeyd edək ki, dan dərəcələri cüdoda qara kəmərdən sonrakı pillələri ifadə edir və idmançının ustalıq səviyyəsini, həmçinin onun bilik və təcrübəsini göstərir.