Daşkənd Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri bəlli oldu
27 fevralda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub. Xatırladaq ki, Azərbaycan milli yığma komandası yarışda 3 cüdoçu ilə təmsil olunacaq.
Yarış Bakı vaxtı ilə saat 09:30-da başlayacaq. Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
-60 kq.
Balabəy Ağayev - Tuqol Kanatbek (Qırxızıstan) / Anvarcon İbrohimov (Özbəkistan) qarşılaşmasının qalibi
Turan Bayramov - Yuantao Vanq (Çin)
-66 kq.
Yaşar Nəcəfov - Ramazan Abdulaev (Beynəlxalq Cüdo Federasiyası) / Hinata Ono (Yaponiya) gürüşünün qalibi ilə
İdmançılarımıza uğurlar arzulayırıq!