Daşkənd Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri bəlli oldu
29 fevralda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan milli yığma komandası yarışda 12 cüdoçu ilə təmsil olunacaq.
Yarış Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
Qadınlar
-48 kq.
Könül Əliyeva - Sabina Qilyazova (Fərdi Neytral İdmançılar)
-52 kq.
Gültac Məmmədəliyeva - Qlafira Borisova (Fərdi Neytral İdmançılar)
Aydan Vəliyeva - Aleksandra Kaleta (Polşa)
-57 kq.
Fidan Əlizadə - Özlem Yıldız (Türkiyə)
-63 kq.
Aytac Qardaşxanlı - Flavya Favorini (İtalya) / Qabriella Moraes (Braziliya) görüşünün qalibi
Kişilər
-60 kq.
Nazir Talıbov - Anqelo Pantano (İtalya) / Yonas Rocas (Kolumbiya)
Rövşən Əliyev - Romain Valadyer Pikard (Fransa)
-66 kq.
İslam Rəhimov - Serdar Rahimov (Türkmənistan)
Rəşid Yelkiyev - Ryoma Tanaka (Yaponiya)
-73 kq.
İbrahim Əliyev - Cek Yonezuka (Amerika Birləşmiş Ştatları)
Nəriman Mirzəyev - Aleksandru Rayku (Rumıniya)
-81 kq.
Ömər Rəcəbli - Aqacan Ayxanov (Türkmənistan)
İdmançılarımıza uğurlar arzulayırıq!