Daşkənd Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri bəlli oldu
2 martda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan milli yığma komandası yarışda 6 cüdoçu ilə təmsil olunacaq.
Yarış Bakı vaxtı ilə saat 09:00-da başlayacaq. Turniri canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz!
-60 kq.
Rövşən Əliyev - Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov - Moritz Plafki (Almaniya)
-66 kq.
Kamran Süleymanov - Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev - Lennart Slamberqer (Almaniya)
-73 kq.
Nəriman Mirzəyev - Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev - Şaxram Ahadov (Özbəkistan)
İdmançılarımıza uğurlar arzulayırıq!