Daşkənd Böyük Dəbilqəsinin püşkatma mərasimi keçirilib
Fevralın 26-da Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turu seriyasına daxil olan yarışda ölkəmizin 12 çəki dərəcəsində 18 cüdoçusu (12 kişi, 6 qadın) qüvvəsini sınayacaq. Beynəlxalq turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.
Sabah start götürəcək Daşkənd Böyük Dəbilqəsinin təsnifat mərhələsini saat 09:30-dan JudoTV-dən, final blokunu isə 16:00-dan etibarən "CBC Sport"un "YouTube" kanalından canlı yayımlanacaq.
Kişilər
-60 kq, 1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)
-66 kq, 1/16 final
Nizami İmranov – Minhao Canq (Çin)
Turan Bayramov – Matan Kokolayev (İsrail)
-73 kq, 1/16 final
Hidayət Heydərov – Arun Kumar (Hindistan)
-73 kq, 1/32 final
Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
-81 kq, 1/16 final
Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)
-90 kq, 1/16 final
Murad Fətiyev – Vlad Vişan (Rumıniya)
-100 kq, 1/16 final
Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)
-100 kq, 1/8 final
Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi ilə
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi ilə
Qadınlar
-48 kq, 1/16 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)
Şəfəq Həmidova – Venna Cuanq (Çin)
-52 kq, 1/16 final
Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)
-63 kq,
Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)
-70 kq,
Südabə Ağayeva – Kamila Badurova (Rusiya)
+78 kq,
Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)