ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Dünya çempionatı heyətində dəyişiklik oldu

Dünya çempionatı heyətində dəyişiklik oldu

6-12 oktyabr 2022-ci ildə Daşkənddə baş tutacaq böyüklər arasında Dünya Çempionatında +100 kq. çəki dərəcəsində çıxış etməli olan cüdoçumuz Uşanqi Kokauri 3 oktyabrda axşam məşqində zədələndiyinə görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən milli yığmanın heyətindən çıxarılıb.

Uşanqi Kokaurinin müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Federasiyanın qərarına əsasən, heyətə Azərbaycan millisinin üzvü, -81 kq. çəkidə mübarizə aparan idmançımız Elcan Hacıyev daxil edilib.

Uşanqi Kokauriyə bütün cüdo ailəsi adından şəfa diləyir, Elcan Hacıyevə isə böyüklər arasında qatılacağı ilk dünya çempionatında uğurlar arzulayırıq.