Dünya çempionatında cüdoçularımızın rəqibləri bəlli oldu
18 mayda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə böyüklər arasında Dünya çempionatının püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub. Qeyd edək ki, mundialda Azərbaycan cüdo üzrə milli yığma komandası 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.
Çempionatın fərdi yarışları 19-23 may tarixlərində keçiriləcək.
Qadınlar
-48 kq.
Leyla Əliyeva - Kristina Dudina (Fərdi Neytral İdmançılar)
-57 kq.
Acelya Toprak - Bayit Kussakbayeva (Qazaxıstan)
Kişilər
-60 kq.
Balabəy Ağayev - Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Auqsto (Braziliya) görüşünün qalibi ilə Turan Bayramov - Ariunbold Enxtayvan (Monqolustan)
-66 kq. Yaşar Nəcəfov - Vilcar Lipard (Estoniya) / Baul An (Cənubi Koreya) görüşünün qalibi ilə Kamran Süleymanov - Mohamed Abdelmavqoud (Misir)
-73 kq. Hidayət Heydərov - Akil Qyakova (Kosovo) / Faye Ncye (Qambiya) görüşünün qalibi ilə
-81 kq. Zelim Tçkayev - Antonio Esposito (İtaliya)
-90 kq. Elcan Hacıyev - Eduard Trippel (Almaniya) Vüqar Talıbov - Con Cayne (Amerika Birləşmiş Ştatları)
-100 kq. Zelim Kotsoyev - Piotr Kukzera (Polşa) / Yonghon Von (Cənubi Koreya) qarşılaşmasının qalibi ilə.
İdmançılarımıza uğurlar arzulayırıq!