Düşənbə Böyük Dəbilqə turnirində Azərbaycan finalı
Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın daha üç cüdoçusu medal qazanıb.
-90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb. Vüqar Talıbov isə gümüş medala sahib olub.
+100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov da gümüş medal qazanıb.
İlk yarı günündə isə Balabəy Ağayev (-60 kq) qızıl medala yiyələnmişdi.
Yekunda Azərbaycan millisi 2 qızıl, 2 gümüş medalla 27 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşdı.