ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Düşənbə Böyük Dəbilqəsinin püşkatma mərasimi keçirilib

Düşənbə Böyük Dəbilqəsinin püşkatma mərasimi keçirilib

Aprelin 30-da Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək . Yarışın görüşləri "JudoTV" və "CBC Sport"dan canlı yayımlanacaq. 

 

Kişilər

 

-60 kq, 1/8 final 

Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə 

 

-66 kq, 1/8 final 

Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan) 

İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan) 

 

-73 kq, 1/8 final 

Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə 

 

+100 kq, 1/8 final 

Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran) 

Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)