Düşənbə Qran Pri turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu
1 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.
Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
Kişilər
-60 kq.
Turan Bayramov - Artsiom Kolasau (Fərdi Neytral İdmançılar) / Doston Ruziyev (Özbəkistan) görüşünün qalibi
Rövşən Əliyev - Markus Auer (Avstriya)
-66 kq.
Yaşar Nəcəfov - Abduraxim Nutfulloyev (Özbəkistan) / Abderrahmane Bouşita (Mərakeş) görüşünün qalibi
Ruslan Paşayev - Martin Setz (Almaniya)
-73 kq.
İbrahim Əliyev - Abdulla Aliyev (Qırğızıstan)
Nurlan Osmanov - Vikas Dalal (Hindistan)
-90 kq.
Vüqar Talıbov - Yahor Varapayeu (Fərdi Neytral İdmançılar)
Elcan Hacıyev - Loris Tassiyer (Fransa)
+100 kq.
Camal Qamzatxanov - Şakarmamad Mirmamadov (Tacikistan)
Qadınlar
-48 kq.
Leyla Əliyeva - Emi Platten (Böyük Britaniya) / Şuayşiya Han (Çin) görüşünün qalibi
Könül Əliyeva - Andea Stoyadinov (Serbiya)
-52 kq.
Gültac Məmmədəliyeva - Paulina Martinez (Meksika) / Kseniya Daniloviç (Fərdi Neytral İdmançılar) görüşünün qalibi
İdmançılarımıza uğurlar arzulayırıq!