Əbu-Dabi Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib
BirləşmişƏrəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.
Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 52ölkədən 373cüdoçu iştirak edəcək.
Əbu-Dabi Böyük Dəbilqəsinin təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 10:00-danJudoTV-dən, final blokunu isə 17:00-dan etibarənİdman TV telekanalından canlı olaraq izləyə bilərsiniz.
Kişilər
-60 kq, 1/8 final
Əhməd Yusifov–ÇanadFetsko (Macarıstan) / SeunqbomÇon (Koreya) cütünün qalibi ilə
Balabəy Ağayev–MartonAndrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Ruslan Paşayev– Hamad Matlaei (BƏƏ)
Rəşad Yelkiyev– Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya)
-73 kq, 1/16 final
Rəşid Məmmədəliyev–StivenBoldbaatar (ABŞ)
Hidayət Heydərov– Adil Osmanov (Moldova) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə
-90 kq, 1/16 final
Murad Fətiyev–AlyaksandrSidorik (Belarus)
Aslan Kotsoyev–YermaxanAnuarbekov (Qazaxıstan)
+100 kq, 1/8 final
Camal Qamzatxanov– Azamat Çotçayev (Bəhreyn) /YelamanYerqaliyev (Qazaxıstan) cütünün qalibi ilə
UşanqiKokauri– Mikita Svirid (Xorvatiya) / Munir Ertuğ (Türkiyə) cütünün qalibi ilə