ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Əbu-Dabi Qran-Prisinin heyəti bilindi

Əbu-Dabi Qran-Prisinin heyəti bilindi

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turniri keçiriləcək. 

Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

 

Heyəti təqdim edirik:

 

Kişilər 

 

-60 kq

Əhməd Yusifov

Balabəy Ağayev

 

-66 kq

Ruslan Paşayev

Rəşad Yelkiyev

 

-73 kq

Rəşid Məmmədəliyev

Hidayət Heydərov

 

-90 kq

Murad Fətiyev

Aslan Kotsoyev

 

+100 kq

Camal Qamzatxanov

Uşanqi Kokauri